Pekin Olimpiadasının qalibi: “Bu, təkcə mənim deyil, bütün Azərbaycan xalqının uğurudur” - FOTOSESSİYA
14.08.2008 - 17:05
Mərasimdə idmançıların, o cümlədən Pekin Olimpiadasının qızıl medalçısı cüdoçu Elnur Məmmədli, yunan-Roma güləşi növündə gümüş mükafata layiq görülmüş Rövşən Bayramovla Vitali Rəhimovun valideynləri, yaxınları, idmansevərlər və mətbuat nümayəndələri iştirak ediblər. Bundan başqa, hava limanına müxtəlif nazirliklərin, idman federasiyalarının, cəmiyyətlərinin də təmsilçiləri gəliblər. Bakı vaxtı ilə saat 16:30-da publika önünə çıxan olimpiada mükafatçıları milli musiqinin sədaları altında qarşılanıb.
Olimpiya çempionu Elnur Məmmədli jurnalistlərlə açıqlamasında Pekinə qızıl medal üçün yollandığını bildirib: “Son 3 yay olimpiya oyunlarında heç bir cüdoçumuz fəxri kürsüyə yüksələ bilməmişdi. Bu tilsimi qırmaq istəyirdim. Bu, təkcə mənim deyil, bütün xalqımızın qələbəsidir”.
19 yaşlı cüdoçu vurğulayıb ki, növbəti olimpiadada titulunu qorumağa çalışacaq: “2012-ci ildə də eyni uğura imza atmaq istəyirəm. Necə deyərlər, axırıncı yox, axarıncı olsun”. E. Məmmədli hakimlərin qeyri-obyektivliyi ilə üzləşdiyini də söyləyib: “Buna baxmayaraq, güclü olduğumu sübut etdim”.
Daha sonra E. Məmmədli, R. Bayramov və V. Rəhimov onlar üçün ayrılmış avtomobillə şəhər gəzintisinə çıxıblar. Tədbir Heydər Əliyev Parkında davam etdirilib.

- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
0
0