Azərbaycanın daha bir ağırlıqqaldıranı Pekin Olimpiadasında medalsız qalıb
15.08.2008 - 16:57
Nəticədə həmvətənimiz 361 kq-lıq göstərici ilə 21 nəfər arasında 9-cu yeri tutub. Bu çəkidə olimpiya çempionu titulunu çinli Yonq Lu qazanıb. O, əsas rəqibi belaruslu Andrey Rıbakovu çətinliklə üstələyib. Hər iki idmançı 394 kq qaldırsa da, Y.Lu A.Rıbakovdan 280 qram az olduğundan qızıl medala sahib çıxıb.
Qeyd edək ki, indiyədək mübarizəyə qoşulan Sərdar Həsənov (62 kq), Turan Mirzəyev və Əfqan Bayramov (hər ikisi 69 kq) da medalsız qalmışdı. Milli komandamızın son üzvü, ikiqat dünya çempionu Nizami Paşayev (94 kq) avqustun 17-də bacarığını nümayiş etdirəcək.

- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0