Azərbaycan çaparı Camal Rəhimov Pekin Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb
18.08.2008 - 10:11
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan çaparı Camal Rəhimov XXIX Pekin Yay Olimpiya Oyunlarında çıxışını erkən başa vurub. “APA-Sport” agentliyinin məlumatına görə, buna səbəb 21 yaşlı çaparımızın ikinci təsnifat mərhələsində xoşagəlməz vəziyyətlə üzləşməsidir. İlk dəfə olimpiadaya qatılan C. Rəhimov 1 milyon 970 min avroya alınan “İoneska de Brekka” adlı atın büdrəməsi nəticəsində finiş xəttini adlaya bilməyib və mübarizədən kənarlaşdırılıb.
Qeyd edək ki, Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənovun nəvəsi olan C. Rəhimov bundan öncə birinci təsnifat mərhələsini cəmi bir cərimə xalı ilə başa vurmuşdu.
Qeyd edək ki, Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənovun nəvəsi olan C. Rəhimov bundan öncə birinci təsnifat mərhələsini cəmi bir cərimə xalı ilə başa vurmuşdu.
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
0
0