Pekin Olimpiadasında çıxış edəcək Azərbaycanın ağır çəkili sərbəst güləşçilərinin rəqibləri müəyyənləşib
20.08.2008 - 12:24
Pekin Olimpiadasında çıxış edəcək Azərbaycanın ağır çəkili sərbəst güləşçilərinin rəqibləri müəyyənləşib
Pekin. Elşən Məmmədov - APA-Sport. Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında sərbəst güləşçilərin mübarizəsinə sabah yekun vurulacaq. «APA-Sport» agentliyinin məlumatına görə, bu gün atılan püşkə əsasən, ağır çəkilərdə çıxış edəcək Azərbaycan pəhləvanlarının rəqibləri müəyyənləşib. 84 kq çəkidə yer alan Novruz Temrezov 1/16 final mərhələsindən mübarizə aparacaq. Qaraçay-Çərkəz Respublikasından olan legionerimiz ilk görüşündə Çaqnadorj Qanzoriqi (Monqolustan) sınağa çəkəcək. 96 kq çəkidəki təmsilçimiz də eyni mərhələdən etibarən güləşməyə başlayacaq. Əslən osetiyalı pəhləvanımız Xetaq Qazyumov Matuş Qukmanla (Polşa) qarşılaşacaq. 120 kq çəkidəki Əli İsayev isə 1/8 finaldan döşək üzərinə çıxacaq. Dağıstanlı güləşçimizin rəqibi isə Artur Taymazov (Özbəkistan) olacaq.
Qeyd edək ki, Pekin Olimpiadasının güləş yarışlarında ölkəmiz bütün 7 mümkün çəkidə təmsil olunur. İlk iki gündə mübarizəyə qoşulan 4 pəhləvanımızdan heç biri medal qazana bilməyib.
0