Rusiyalı sərbəst güləşçi Buvaysar Saytiyev üçqat Olimpiya çempionu olub
20.08.2008 - 15:09
Pekin. Elşən Məmmədov – APA-Sport. Rusiyalı sərbəst güləşçisi, milliyyətcə çeçen olan Buvaysar Saytiyev karyerasında üçüncü dəfə Olimpiya çempionu tituluna yiyələnib. «APA-Sport» agentliyinin məlumatına görə, 33 yaşlı pəhləvan Çinin paytaxtı Pekində keçirilən XXIX Yay Olimpiya Oyunları çərçivəsində sərbəst güləş üzrə 74 kq çəki dərəcəsində keçirilən final qarşılaşmasında Soslan Tigiyevi (Özbəkistan) məğlubiyyətə uğradıb. Bununla da B. Saytiyev sərbəst güləş növündə hazırda Belarus Güləş Federasiyasının prezidenti vəzifəsində çalışan Aleksandr Medvedin rekordunu təkrarlayıb.
1996-cı il Atlanta və 2004-cü il Afina Olimpiadalarının da qalibi olmüş rusiyalı güləşçi 6 dəfə dünya (1995, 1997, 1998, 2001, 2003, 2005), 1 dəfə Avropa çempionu (2006) olmağı da bacarıb. Qeyd edək ki, bu çəkidə bürünc medallara Kiril Terziyev (Bolqarıstan) və Murad Qaydarov (Belarus) sahib çıxıb.

- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0