Olimpiadanın finalında məğlub olan Ukrayna güləşçisi Azərbaycan yığmasının üzvü olan həyat yoldaşından daha yaxşı nəticə göstərməsi ilə təsəlli tapıb
21.08.2008 - 11:24
Pekin. Elşən Məmmədov - APA-Sport. XXIX Yay Olimpiya Oyunları çərçivəsində sərbəst güləş üzrə 66 kq çəki dərəcəsində çıxış edən Andrey Stadnik finalda Türkiyə təmsilçisi Ramazan Şahinə uduzmasına o qədər də təəssüflənməyib. «APA-Sport» agentliyinin məlumatına görə, Ukrayna pəhləvanı Azərbaycanın qadın güləş yığmasının heyətində Pekin Olimpiadasında bürünc medal qazanan həyat yoldaşı Mariya Stadniklə (48 kq) müqayisədə daha yaxşı çıxış etməsi ilə təsəlli tapdığını bildirib: «Məndən öncə həyat yoldaşım Mariya Azərbaycan yığmasının heyətində bürünc medal qazanıb. Mən isə daha yaxşı nəticə göstərərək gümüşə sahib çıxmışam. Əlbəttə, həyat yoldaşını üstələmək insanda xoş hisslər yaradır. Finala çıxmağımın özü də gözəl nəticədir. Həlledici görüşdə də qələbəyə hazır idim. Ramazanla indiyədək üç dəfə qarşılaşsam da, yalnız bir dəfə qalib gəlmişdim. Bu dəfə qələbə sayını bərabərləşdirmək cəhdim baş tutmadı”».
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0