Taekvondoçu Rəşad Əhmədov Pekin Yay Olimpiya Oyunlarında medalsız qalıb – YENİLƏNİB
22.08.2008 - 15:41
Döyüşün əvvəlindən təşəbbüsə yiyələnən 26 yaşlı idmançımız rəqibə heç bir şans vermədən endirdiyi dəqiq zərbələr nəticəsində böyük hesabla qalib gəlib – 5:0. Daha sonra R.Əhmədov 1/4 finalda kanadalı Sebastyan Mişonu (Kanada) sınağa çəkib. Tərəflər 3 hissə ərzində xal qazana bilməyiblər. Əlavə təyin olunan 4-cü hissədə də nə R. Əhmədov, nə də S. Mişo hesabına xal yazdırıb. Nəticədə qalib hakimlərin ümumi rəyinə əsasən müəyyənləşib. Görüşün sonlarında S. Mişonun qaydanı pozduğunu nəzərə alan hakimlər R. Əhmədovun qələbə qazandığını elan ediblər. Yarımfinala yüksələn taekvondoçumuz həlledici görüşə vəsiqə qazanmaq üçün iranlı ikiqat olimpiya çempionu Hadi Saei ilə qarşılaşıb. İlk hissədə hesab açılmasa da, növbəti hissədə idmançılar hərəyə bir xal qazanıblar. Üçüncü hissədə isə R.Əhmədov zəif təsir bağışlayıb. Ardıcıl 3 xal əldə edən H. Saei 4:1 hesabı ilə qalib gəlib. Məğlubiyyətə baxmayaraq, idmançımız fəxri kürsüyə yüksəlmək şansını itirməyib. Amma R.Əhmədov bürünc medal uğrunda döyüşdə də məğlubiyyətə düçar olub. O, ABŞ təmsilçisi Steven Lopesə uduzub – 2:3. Beləliklə, R.Əhmədov 4 il öncə Afina Olimpiadasında olduğu kimi, Pekində də 5-ci yerlə kifayətlənib.
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0