Şəhriyar Məmmədyarov Rusiyada keçirilən beynəlxalq turnirdə qələbəyə həsrət qalıb
22.08.2008 - 11:45
Şəhriyar Məmmədyarov Rusiyada keçirilən beynəlxalq turnirdə qələbəyə həsrət qalıb
Bakı. Kənan Həsənov - APA-Sport. Rusiyanın paytaxtı Moskvada Mixail Talın xatirəsinə həsr olunan XX kateqoriyalı beynəlxalq şahmat turnirində IV tura yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov yenə xal itkisi ilə üzləşib. Reytinqdə 4-cü olan 23 yaşlı qrossmeysterimiz ağ fiqurlarla Vasili İvançukun (Ukrayna) müqavimətini qıra bilməyib və görüş heç-heçə başa çatıb. Yevgeni Alekseyev (Rusiya) - Qata Kamski (ABŞ), Aleksey Şirov (İspaniya) - Boris Qelfand (İsrail), Peter Leko (Macarıstan) - Aleksandr Morozeviç (Rusiya), Vladimir Kramnik (Rusiya) - Ruslan Ponomaryov (Ukrayna) görüşlərində də qalib müəyyənləşməyib. Dörd oyundan sonra turnir cədvəlinə 3 xalla A.Morozeviç başçılıq edir. Bütün görüşlərində heç-heçəyə imza atan Ş. Məmmədyarov 2 xalla dördüncü pillədə qərarlaşıb. Bu gün V turun oyunları keçiriləcək: A. Morozeviç - A. Şirov, V. İvançuk - V. Kramnik, R. Ponomaryov - P. Leko, Q. Kamski - Ş. Məmmədyarov, B. Qelfand - Y. Alekseyev.
Qeyd edək ki, dairəvi sistemlə keçirilən yarış avqustun 27-də yekunlaşacaq. Avqustun 29-30-da isə 18 şahmatçının iştirakı ilə blits-turnir baş tutacaq.
0