Çempionlar Liqasının ən yaxşı oyunçuları adına namizədlərin siyahısı açıqlanıb
22.08.2008 - 16:43
Çempionlar Liqasının ən yaxşı oyunçuları adına namizədlərin siyahısı açıqlanıb
Bakı. Elşən Məmmədov – APA-Sport. 2007/2008 mövsümündə UEFA Çempionlar Liqasının (ÇL) ən yaxşı oyunçuları adına namizədlərin siyahısı açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, hər ampluada fərqlənməyə 5 futbolçu namizəddir. Ümumilikdə Manuel Noyer (“Şalke”, Almaniya), Karles Puyol və Lionel Messi (hər ikisi “Barselona”) istisna olmaqla, 20 oyunçudan 17-i İngiltərənin klublarının şərəfini qoruyur. Laureatları ÇL-in ötən mövsümünü 1/8 finalına vəsiqə qazanmış 16 komandanın baş məşqçisi müəyyənləşdirəcək. Qaliblərin adları isə avqustun 28-də keçiriləcək ÇL-in qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.

Namizədlərin siyahısı:

Ən yaxşı qapıçılar: Manuel Almuniya (“Arsenal”, İngiltərə), Petr Çex (“Çelsi”, İngiltərə), Manuel Noyer (“Şalke”, Almaniya), Pepe Reyna (“Liverpul”, İngiltərə), Edvin van der Sar (“Mançester Yunayted”, İngiltərə)
Ən yaxşı müdafiəçilər: Ceymi Karrager (“Liverpul”, İngiltərə), Rio Ferdinand, Nemanya Vidiç (hər ikisi “Mançester Yunayted”, İngiltərə), Karles Puyol (“Barselona”, İspaniya), Con Terri (“Çelsi”, İngiltərə)
Ən yaxşı yarımmüdafiəçilər: Mixael Essyen, Frank Lempard (hər ikisi “Çelsi”, İngiltərə), Sesk Fabreqas (“Arsenal”, İngiltərə), Stiven Cerrard (“Liverpul”, İngiltərə), Pol Skoulz (“Mançester Yunayted”, İngiltərə)
Ən yaxşı hücumçular: Didye Droqba (“Çelsi”, İngiltərə), Lionel Messi ("Barselona", İspaniya), Kriştiano Ronaldo, Ueyn Runi (hər ikisi “Mançester Yunayted”, İngiltərə), Fernando Torres (“Liverpul”, İngiltərə).
0