Azərbaycan gimnastları Pekin Olimpiadasını medalsız başa vurublar
25.08.2008 - 10:27
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın bədii gimnastları XXIX Pekin Yay Olimpiya Oyunlarında medalsız qalıblar. “APA-Sport” agentliyinin məlumatına görə, ilk dəfə dünyanın ən mötəbər idman yarışına qatılan Aliyə Qarayeva fərdi birincilikdə finala adlasa da, fəxri kürsüyə yüksələ bilməyib. Dörd proqramın ifasına görə hakimlərdən 69,675 xal alan təmsilçimiz 6-cı yeri tutub. Olimpiya çempionu tituluna rusiyalı Yevgeniya Kanayeva (75,500 xal) yiyələnib. Finala vəsiqə qazana bilməyən digər gimnastımız Dinarə Gimatova isə 11-ci yerlə kifayətlənib. Bundan başqa, qrup hərəkətləri üzrə milli komandamız da mükafata layiq yer tutmayıb. Yığmamız finalda 31,575 xal toplayaraq, 7-ci pillədə qərarlaşıb. 12 komandanın qatıldığı olimpiadanın qalibi Rusiya (35,500 xal) olub.
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0