Azərbaycan paralimpiya yığması Pekinə avqustun 28-də yollanacaq
25.08.2008 - 12:30
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın fiziki qüsurlu idmançılardan ibarət yığması XIII Pekin Yay Paralimpiya Oyunlarına hazırlıq mərhələsini yekunlaşdırmaq üzrədir. Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) mətbuat katibi İlham Təhməzovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, paralimpiadada iştirak hüququna malik idmançılar sabah fəxri xiyabanda mərhum prezident Heydər Əliyevin məzarını ziyarət edəcəklər. Ardından AMPK rəhbərliyi və idmançılar Şəhidlər Xiyabanına da baş çəkəcəklər. Milli komandamız Yay Paralimpiya Oyunlarının keçiriləcəyi Pekinə avqustun 28-də yollanacaq. Qarşıdakı yarışda ölkəmiz 4 növ üzrə 18 idmançı ilə təmsil olunacaq. Belə ki, Çin paytaxtında ölkəmizin şərəfini 7 cüdoçu, 7 atlet, 3 pauerliftinqçi və 1 güllə atıcısı qoruyacaq. Sentyabrın 6-da start götürəcək paralimpiada 11 gün davam edəcək.
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0