Pekin Olimpiadasının yekunu: Azərbaycan keyfiyyətdə 39-cu, kəmiyyətdə 27-ci yeri tutdu
25.08.2008 - 14:08
Pekin Olimpiadasının yekunu: Azərbaycan keyfiyyətdə 39-cu, kəmiyyətdə 27-ci yeri tutdu
Keyfiyyət, yəni əyar baxımından Çin 51 qızıl, 21 gümüş, 28 bürünc medalla 1-ci yeri tutub. Amma kəmiyyət (medal sayına görə) ABŞ bütün ölkələri qabaqlayıb – 110 medal. Olimpiadanın son günlərində fəallaşan Rusiya yığması həm kəmiyyət, həm də keyfiyyətcə 3-cü olmağı bacarıb.
Pekində 44 idmançı ilə təmsil olunan Azərbaycana gəlincə, milli komandamız 4-cü dəfə qatıldığı Yay Olimpiya Oyunlarında 1 qızıl, 2 gümüş, 4 bürünc medala yiyələnib. 1996-cı il Atlanta Olimpiadasından etibarən müstəqil ölkə kimi dördilliyin zirvə yarışlarında qüvvəsini sınayan Azərbaycan yığmasının qazandığı medallarının kəmiyyətində hər dəfə iki vahid artım qeydə alınıb. Belə ki, Atlantada 1 (gümüş), 2000-ci ildə Sidneydə 3 (2 qızıl, 1 bürünc), 2004-cü ildə Afinada 5 (1 qızıl, 4 bürünc) medala sahib çıxan idmançılarımız Çin paytaxtından 7 medalla dönürlər. Əvvəlki olimpiadalardan fərqli, təmsilçilərimiz bu dəfə hər üç əyarlı medala layiq görülüblər. Amma 2000-ci il Sidney Olimpiadasında qazanılan nəticəni (2 qızıl medal) son iki mötəbər yarışda təkrarlamaq mümkün olmayıb. Bu isə idmançılarımızın qazandıqları medalların keyfiyyətində irəliləyişin əldə edilməməsi anlamını verir. Sidneydə medal əyarı baxımından 199 ölkə arasında 34-cü yeri tutan Azərbaycan Atlantada 61-ci, Afinada 50-ci, Pekində isə 39-cu olub. Medalların sayı baxımından isə Pekində 27-ci pillədə qərarlaşan ölkəmiz tarixi ərzində ən yüksək nəticəyə imza atıb. İndiyədək olimpiya yığmamızın ən yaxşı göstəricisi Afinada qeydə alınmışdı. Həmin vaxt ölkəmiz 37-ci yerdə qalmışdı.
Pekin Olimpiadasında ən uğurlu nəticəni 1 qızıl, 1 bürünc medal qazanan cüdoçularımız göstəriblər. Olimpiya çempionumuz Elnur Məmmədli (73 kq) ilə yanaşı, Mövlud Mirəliyev (100 kq) də fəxri kürsüyə yüksəlib - bürünc medal. Bununla da, Azərbaycan cüdo yığması müstəqillik dövründə ilk dəfə olimpiadalardan mükafatla qayıdıblar. 1992-ci ildə Nazim Hüseynov olimpiya çempionu tituluna yiyələnsə də, cüdoçumuz bu uğura MDB komandasının tərkibində nail olmuşdu. Kəmiyyət baxımından isə güləşçilərimiz daha çox medal qazanıblar. Pəhləvanlarımız ilk dəfə güləşin hər üç növü – sərbəst, yunan-Roma və qadın güləşində mükafatlara layiq yerlər tutublar. Yunan-Roma güləşçilərimiz Rövşən Bayramovla (55 kq) Vitali Rəhimov (60 kq) gümüş, sərbəst güləşçimiz Xetaq Qazyumovla (96 kq) qadın güləşçimiz Mariya Stadnik (48 kq) bürünc medal əldə ediblər. Halbuki güləşçilərimiz əvvəlki 3 olimpiadanın hərəsində cəmi bir medalla kifayətləniblər. Belə ki, sərbəst güləşçimiz Namiq Abdullayev (55 kq) Atlantadan gümüş, Sidneydən qızıl, yunan-Roma güləşçimiz Fərid Mansurov (66 kq) isə Afinadan qızıl medal gətirib. Pekində 4 medal qazanılmasına baxmayaraq, keyfiyyətcə 2000 və 2004-cü il olimpiadalarını üstələmək qeyri-mümkün olub. Bu dəfə boks növündə Afina Olimpiadası ilə müqayisədə, həm kəmiyyət, həm də keyfiyyət aşağı düşüb. Dörd il öncə boksçularımız iki “bürünc” qazanmışdılarsa, Pekin Yay Olimpiya Oyunlarında cəmi bir dəri əlcək ustamız eyni əyarlı medala sahib çıxıb. Ümumiyyətlə, bu növdəki təmsilçilərimiz son üç olimpiadada mükafatçılar arasına düşüblər.
İndiyədək güləş, boks və cüdo ilə yanaşı, stend və güllə atıcılığı növlərində də idmançılarımız olimpiadalarda müxtəlif əyarlı medallara yiyələniblər. Stend atıcımız Zemfira Meftahəddinova Sidney və Afinada müvafiq olaraq, 1 qızıl və 1 bürünc, güllə atıcımız İradə Aşumova isə Afinada 1 bürünc medal qazanmışdı. Lakin Pekində qüvvəsini sınamış yeganə atıcımız Z. Meftahəddinova təsnifat mərhələsində 15-ci yeri tutduğundan bu mötəbər yarışla erkən vidalaşıb.

Pekin Olimpiadasında yekun medal sıralaması

Sıra N-si

(Medal əyarı)

Medal qazanan ölkələr

qızıl

gümüş

bürünc

Cəmi

Sıra N-si (Medal sayı)

1.

Çin

51

21

28

100

2

2.

ABŞ

36

38

36

110

1

3.

Rusiya

23

21

28

72

3

4.

Böyük Britaniya

19

13

15

47

4

5.

Almaniya

16

10

15

41

6

6.

Avstraliya

14

15

17

46

5

7.

Cənubi Koreya

13

10

8

31

8

8.

Yaponiya

9

6

10

25

11

9.

İtaliya

8

10

10

28

9

10.

Fransa

7

16

17

40

7

11.

Ukrayna

7

5

15

27

10

12.

Hollandiya

7

5

4

16

16

13.

Yamayka

6

3

2

11

20

14.

İspaniya

5

10

3

18

14

15.

Keniya

5

5

4

14

18

16.

Belarus

4

5

10

19

13

17.

Rumıniya

4

1

3

8

25

18.

Efiopiya

4

1

2

7

27

19.

Kanada

3

9

6

18

14

20.

Polşa

3

6

1

10

21

21.

Macarıstan

3

5

2

10

21

21.

Norveç

3

5

2

10

21

23.

Braziliya

3

4

8

15

17

24.

Çexiya

3

3

-

6

30

25.

Slovakiya

3

2

1

6

30

26.

Yeni Zelandiya

3

1

5

9

24

27.

Gürcüstan

3

-

3

6

30

28.

Kuba

2

11

11

24

12

29.

Qazaxıstan

2

4

7

13

19

30.

Danimarka

2

2

3

7

27

31.

Monqolustan

2

2

-

4

44

31.

Tailand

2

2

-

4

44

33.

KXDR

2

1

3

6

30

34.

Argentina

2

-

4

6

30

34.

İsveçrə

2

-

4

6

30

36.

Meksika

2

-

1

3

51

37.

Türkiyə

1

4

3

8

25

38.

Zimbabve

1

3

-

4

44

39.

AZƏRBAYCAN

1

2

4

7

27

40.

Özbəkistan

1

2

3

6

30

41.

Sloveniya

1

2

2

5

38

42.

Bolqarıstan

1

1

3

5

38

42.

İndoneziya

1

1

3

5

38

44.

Finlandiya

1

1

2

4

44

45.

Latviya

1

1

1

3

51

46.

Belçika

1

1

-

2

57

46.

Dominikan Respublikası

1

1

-

2

57

46.

Estoniya

1

1

-

2

57

46.

Portuqaliya

1

1

-

2

57

50.

Hindistan

1

-

2

3

51

51.

İran

1

-

1

2

57

52.

Bəhreyn

1

-

-

1

69

52.

Kamerun

1

-

-

1

69

52.

Panama

1

-

-

1

69

52.

Tunis

1

-

-

1

69

56.

İsveç

-

4

1

5

38

57.

Xorvatiya

-

2

3

5

38

57.

Litva

-

2

3

5

38

59.

Yunanıstan

-

2

2

4

44

60.

Trinidad və Tobaqo

-

2

-

2

57

61.

Nigeriya

-

1

3

4

44

62.

Avstriya

-

1

2

3

51

62.

İrlandiya

-

1

2

3

51

62.

Serbiya

-

1

2

3

51

65.

Əlcəzair

-

1

1

2

57

65.

Baham adaları

-

1

1

2

57

65.

Kolumbiya

-

1

1

2

57

65.

Qırğızıstan

-

1

1

2

57

65.

Mərakeş

-

1

1

2

57

65.

Tacikistan

-

1

1

2

57

71.

Çili

-

1

-

1

69

71.

Ekvador

-

1

-

1

69

71.

İslandiya

-

1

-

1

69

71.

Malayziya

-

1

-

1

69

71.

CAR

-

1

-

1

69

71.

Sinqapur

-

1

-

1

69

71.

Sudan

-

1

-

1

69

71.

Vyetnam

-

1

-

1

69

79.

Ermənistan

-

-

6

6

30

80.

Çin Taypeyi

-

-

4

4

44

81.

Əfqanıstan

-

-

1

1

69

81.

Misir

-

-

1

1

69

81.

İsrail

-

-

1

1

69

81.

Moldova

-

-

1

1

69

81.

Mavrikiya

-

-

1

1

69

81.

Toqo

-

-

1

1

69

81.

Venesuela

-

-

1

1

69

Cəmi

302

303

353

958

0