Azərbaycanın son nümayəndə heyəti Pekindən dönüb - FOTOSESSİYA
25.08.2008 - 22:37
“APA-Sport” agentliyinin məlumatına görə, olimpiadada iştirak edən idmançılarla yanaşı, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin rəhbərliyinə daxil olan şəxslər də nümayəndə heyətinin tərkibində olublar.
Geri qayıdan son heyətdə bürünc medalçılar, qadınlardan ibarət güləş yığmasının ukraynalı legioneri Mariya Stadnik, sərbəst güləşçi Xetaq Qazyumov və boks üzrə milli komandanın kapitanı Şahin İmranov da olub.
İdmançılar daha çox uğur qazanmaq istədiklərini, ölkəmizə olimpiadanın qızıl medalını qazandırmaq uğrunda mübarizə apardıqlarını deyiblər. Onlar bildiriblər ki, olimpiya medalçısı olmağı böyük nailiyyət hesab edirlər.
Nazir Azad Rəhimov da olimpiadada ölkəmizin göstəricilərindən razı qalıb. O, idmançılarımızın böyük ruh yüksəkliyi ilə mübarizə apardıqlarını, Azərbaycanın olimpiada tarixində ilk dəfə 7 medal qazandığını vurğulayıb.
İslam və MDB ölkələrin arasında ilk qızıl medalı məhz Azərbaycan idmançısının qazandığını xatırladan nazir medal sayına görə, islam ölkələri arasında 3-cü olduğumuzu da bildirib.

- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0