Şəhriyar Məmmədyarov Rusiyada keçirilən beynəlxalq turnirdə ardıcıl ikinci məğlubiyyətlə üzləşib
26.08.2008 - 10:42
Bakı. Kənan Həsənov - APA-Sport. Rusiyanın paytaxtı Moskvada Mixail Talın xatirəsinə həsr olunan XX kateqoriyalı beynəlxalq şahmat turniri davam edir. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda Azərbaycanın yeganə təmsilçisi Şəhriyar Məmmədyarov turnir cədvəlində tədricən geriləyir. Belə ki, 23 yaşlı beynəlxalq qrossmeysterimiz VII turda da məğlubiyyətlə barışıb. O, hesabat turunda qara fiqurlarla reytinqdə sonuncu olan Yevgeni Alekseyevə (Rusiya) uduzub. Bu, Ş. Məmmədyarovun ardıcıl ikinci məğlubiyyəti olub. VII turda Vasili İvançuk (Ukrayna) Aleksandr Morozeviçə (Rusiya), Ruslan Ponomaryov (Ukrayna) Aleksey Şirova (İspaniya), Peter Leko (Macarıstan) isə Qata Kamskiyə (ABŞ) qalib gəlib. Boris Qelfand (İsrail) - Vladimir Kramnik (Rusiya) oyununda isə heç-heçə qeydə alınıb. Yeddi oyundan sonra turnir cədvəlinə 5 xalla V. İvançuk başçılıq edir. Hesabında 3 xal olan Ş. Məmmədyarov 4 pillə geriləyərək 8-ci sıraya enib. Bu gün növbəti turun oyunları keçiriləcək: R. Ponomaryov - V. İvançuk, A. Morozeviç - Q. Kamski, A. Şirov - Ş. Məmmədyarov, P. Leko - B. Qelfand, V. Kramnik - Y.Alekseyev.
Qeyd edək ki, dairəvi sistemlə keçirilən yarış sabah yekunlaşacaq. 29-30 avqustda isə 18 şahmatçının iştirakı ilə blits-turnir təşkil olunacaq.
Qeyd edək ki, dairəvi sistemlə keçirilən yarış sabah yekunlaşacaq. 29-30 avqustda isə 18 şahmatçının iştirakı ilə blits-turnir təşkil olunacaq.
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0