Azərbaycan şahmatçıları Qran-Pri turnirinin liderlər qrupunda qərarlaşıblar
26.08.2008 - 12:01
Azərbaycan şahmatçıları Qran-Pri turnirinin liderlər qrupunda qərarlaşıblar
Bakı. Kənan Həsənov - APA-Sport. Beynəlxalq Şahmat Federasiyası (FİDE) Qran-Pri turnirinin iki mərhələsinin yekununa əsasən sıralamanı dərc edib. “APA-Sport” agentliyinin məlumatına görə, 21 şahmatçının yer aldığı siyahıya hər iki mərhələyə qatılan çinli Van Yue (273,3 xal) başçılıq edir. Eyni sayda mərhələdə mübarizə aparan təmsilçilərimizdən Vüqar Həşimov (218,3 xal) ikinci, Teymur Rəcəbov (210 xal) isə üçüncü pillədə yer alıb. Yalnız Bakıda təşkil olunan ilk mərhələdə oynayan Şəhriyar Məmmədyarov 105 xalla 10-cu sırada qərarlaşıb.
Qeyd edək ki, Qran-Pri seriyası altı mərhələdən ibarətdir. Reqlamentə görə, hər bir qrossmeyster 4 mərhələdə iştirak etməlidir.
0