Azərbaycan akrobatları Rusiyadan 1 gümüş, 1 bürünc medalla dönürlər
26.08.2008 - 13:35
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan akrobatları Rusiyanın Novqorod şəhərində keçirilən beynəlxalq turnirdə iştirak ediblər. “APA-Sport” agentliyinin Azərbaycan Gimnastika Federasiyasının mətbuat katibliyinə istinadən verdiyi məlumata görə, idmançılarımız yarışı 1 gümüş və 1 bürünc medalla başa vurublar. Rüstəm Nəcəfquliyev, Fərid Məmmədov, İlham Abbasov və Elnur Məmmədovdan ibarət kvartet 85,436 xalla Rusiya yığmasından sonra ikinci olub. Çıxışları 86,415 xalla qiymətləndirilən Ayla Əhmədova-Dilarə Sultanova cütlüyü bürünc medala sahib çıxıb. Yeniyetmələr arasında mübarizə aparan Elçin Məmmədov-Emil Yarəhmədov dueti isə 82,6 xalla 9 cütlük arasında 5-ci yeri tutub.
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0