Niyaməddin Paşayev: “Rəşad Əhmədovdan belə nəticə yox, medal gözləyirdik”
27.08.2008 - 11:08
Dünya çempionunun sözlərinə görə, XXIX Yay Olimpiya Oyunlarında çıxış etmiş komanda yoldaşı Rəşad Əhmədovun yarımfinalda iranlı Həmid Saei ilə görüşü istənilən səviyyədə alınmayıb: “Həmin qarşılaşmada Rəşaddan fərqli döyüş üslubu gözləyirdik. Amma onun cəhdləri alınmadı”. R. Əhmədovun ABŞ təmsilçisi Stiven Lopeslə bürünc medal uğrunda görüşünə də toxunan N. Paşayev bildirib ki, son saniyələrdə buraxılan səhv məğlubiyyətlə nəticələnib: “Lopeslə qarşılaşmadan sonra Rəşadla telefonla danışdım. O, görüşün taleyini əlavə vaxta saxlamamaq üçün rəqib üzərinə hücuma keçdiyini bildirdi. Lakin Əhmədovun endirdiyi zərbəyə görə hakimlər ona xal vermədi. Əvəzində rəqib cavab zərbəsi sayəsində qələbə xalını aldı”. Bununla belə, N. Paşayev hakimlərin nəticəyə təsir edən səhvlərə yol vermədiklərini söyləyib.
Qeyd edək ki, R. Əhmədov ardıcıl ikinci dəfə qatıldığı olimpiadada 5-ci yerlə kifayətlənib.
Qeyd edək ki, R. Əhmədov ardıcıl ikinci dəfə qatıldığı olimpiadada 5-ci yerlə kifayətlənib.
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0