ABŞ-da 20,7 milyon dollar mükafat fondu olan nüfuzlu tennis turniri start götürüb
27.08.2008 - 12:39
Bakı. Kənan Həsənov - APA-Sport. Nyu-York şəhərində “Böyük Dəbilqə” seriyasından olan tennis üzrə ABŞ-ın açıq çempionatı start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, yarışa planetin ən güclü tennisçiləri qatılıblar. İlk tur sensasiyasız ötüşüb. Belə ki, Rafael Nadal (İspaniya), Rojer Federer (İsveçrə), Marat Safin (Rusiya), Ana İvanoviç (Serbiya), Vinus və Serena Uilyams bacıları (hər ikisi ABŞ), Ameli Moresmo (Fransa), Yelena Dementyeva və Dinara Safina (hamısı Rusiya) kimi tanınmış tennisçilər birinci görüşlərini qələbə ilə başa vurublar. Kişi və qadınlar arasında təşkil edilən çempionat sentyabrın 7-dək davam edəcək. Turnirin mükafat fondu 20,7 milyon ABŞ dollarına bərabərdir.
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0