Rusiyalı boksçunun Azərbaycan milli komandasının heyətində çıxış etməsinə icazə verilib
27.08.2008 - 18:27
Bakı. Elşən Məmmədov - APA-Sport. Noyabrın 5-də İngiltərənin Liverpul şəhərində start götürəcək boks üzrə Avropa çempionatına yollanacaq Azərbaycan yığmasının heyəti namizədlər arasında hər çəki dərəcəsində keçiriləcək döyüşlər nəticəsində müəyyənləşəcək. Bu haqda “APA-Sport” agentliyinə Azərbaycan Boks Federasiyasının prezidenti Ağacan Abiyev məlumat verib. Onun sözlərinə görə, milli komandanın əsas heyətinə düşmək istəyən boksçular qitə birinciliyindən təqribən iki ay öncə 11 çəki dərəcəsi üzrə öz aralarında ən güclüləri müəyyənləşdirəcəklər. Bununla belə, A. Abiyev yığmanın heyətində islahatların aparılacağını istisna etməyib: “Kim heyətə düşmək istəyirsə, gəlib döyüşə bilər. Gələcəkdə daha çox 26 yaşadək boksçulara üstünlük verəcəyik”. Federasiya prezidenti rusiyalı legionerlərdən yalnız David Arjbanın milli komandaya cəlb olunacağını vurğulayıb. O, artıq Beynəlxalq Həvəskar Boks Assosiasiyasının da razılığının alındığını açıqlayıb: “Rusiya yığmasının heyətində çıxış edərkən, Arjbanın dünya çempionatında məğlub etdiyi böyük britaniyalı boksçu Pekin Olimpiadasında mükafatçılar sırasına düşdü. Bu isə Davidin səviyyəsindən xəbər verir”. Dağıstanlı Əli Əliyev isə ölkəmizin şərəfini qoruya bilməyəcək. A. Abiyev buna səbəb kimi karyerasını başa vuran Ə. Əliyevin başqa işlə məşğul olduğunu göstərib.
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0