Azərbaycan prezidenti Sumqayıtda Paralimpiya İdman Kompleksinin açılışında iştirak edib
28.08.2008 - 13:27
Dövlət başçısına məlumat verilib ki, MDB məkanında yeganə olan bu kompleksdə respublika və beynəlxalq səviyyəli yarışların keçirilməsi nəzərdə tutulub. Tikintisinə 2005-ci ildə başlanmış, 2,25 hektar sahəni əhatə edən kompleksin smeta dəyəri 3,1 milyon manatdır.
Kompleksə 130 nəfərlik akt salonu, trenajor, əl oyunları, böyük və kiçik atıcılıq zalları, açıq futbol və voleybol meydançaları, qapalı üzgüçülük hovuzu daxildir. Binada müasir tipli liftlər, üzgüçülük hovuzunda avtomatik təmizləmə, dezinfeksiya, qızdırıcı qurğular quraşdırılıb. Kompleksdə əlillərin sərbəst hərəkəti üçün lazımi şərait yaradılıb.
Ərazidə abadlıq işləri aparılıb, yaşıllıq salınıb, ağac və gül kolları əkilib, müasir işıqlandırma sistemi quraşdırılıb. Kompleksin yanında müasir tipli mehmanxana da tikiləcək.
Prezident İ. Əliyev kompleksin rəmzi açılışını bildirən qırmızı lenti kəsib və bina ilə tanış olub. Dövlət başçısı akt salonunda Pekin Paralimpiya oyunlarında iştirak edəcək Azərbaycan idmançıları ilə görüşüb.

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0