Ukrayna şahmatçısı Vasili İvançuk: “Şəhriyar Məmmədyarovla görüşdə bəxtim gətirdi”
29.08.2008 - 17:35
Bakı. Kənan Həsənov - APA-Sport. Ukrayna şahmatçısı Vasili İvançuk Rusiyanın paytaxtı Moskvada Mixail Talın xatirəsinə həsr olunan XX kateqoriyalı beynəlxalq turnirdə çətinliklə qalib gəldiyini bildirib. “APA-Sport” agentliyinin məlumatına görə, beynəlxalq qrossmeyster turnir zamanı üç oyunun daha əhəmiyyətli olduğunu söyləyib: “Şəhriyar Məmmədyarov, Aleksandr Morozeviç və Ruslan Ponomaryova qarşı keçirdiyim görüşləri nəzərdə tuturam. Bu partiyalarda inanılmaz mübarizə var idi. Vaxt azlığı ilə yanaşı, gözlənilməz səhvlər sıralanırdı. Düzü, mən bu qarşılaşmalarda şansımı gözləyirdim. Etiraf edim ki, bəxtim gətirdi”.
Qeyd edək ki, 6 xalla turnirin qalibi olan V. İvançukun Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla 4-cü turda baş tutan oyunu heç-heçə nəticələnib.
Qeyd edək ki, 6 xalla turnirin qalibi olan V. İvançukun Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla 4-cü turda baş tutan oyunu heç-heçə nəticələnib.
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0