Olimpiadalarda medal qazanan Azərbaycan idmançıları Heydər Əliyev Fondunun təqaüdçüləri elan ediliblər - FOTOSESSİYA
02.09.2008 - 15:00
Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva Azərbaycan idmançılarının Pekin Olimpiadasında da çox uğurla çıxış etdiklərini, hər bir azərbaycanlının idmançılarımızın qələbəsini böyük sevinc və qürurla qarşıladığını qeyd edib: “Bütün yarışlar çox ciddi rəqabət şəraitində keçdi. İdmançılarımız ölkəmizin nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdilər”.
M. Əliyeva son 10 ildə ölkədə idmana böyük qayğı göstərildiyini, idmanın inkişafının Azərbaycanın dövlət siyasətinin bir hissəsi olduğunu qeyd edib. “Sidneydən başlayaraq idmançılarımızın uğurları hər olimpiadada yüksəlir, medalların sayı artır, ümid edirəm ki, daha da artacaq”, deyən M. Əliyeva idmançıların bu gündən Fondun təqaüdçüləri hesab olunduqlarını və hər ay mükafatlandırılacaqlarını qeyd edib.
Sidney və Pekin olimpiadalarının qalibləri olmuş Zemfira Meftahəddinova və Elnur Məmmədli idmana göstərdiyi qayğıya görə M. Əliyevaya minnətdarlıqlarını bildirib, Azərbaycanın adını hər zaman uca tutmağa çalışacaqlarını qeyd ediblər.
M. Əliyeva idmançılara birgə layihə həyata keçirməyi də təklif edib. 30-dan çox uşaq evinin Fond tərəfindən yenidən qurulduğunu deyən M. Əliyeva təklif edib ki, idmançılar valideyn himayəsindən məhrum olmuş uşaqlarla görüşlər keçirsin, keçdikləri yol, qazandıqları uğur barədə danışsınlar.
Təklif idmançılar tərəfindən razılıqla qəbul olunub.

- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0