Ağır atletika üzrə Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərilir
03.09.2008 - 14:21
A.Rəhimov bildirib ki, V.Nəzərovun yığmamızın çalışdırıcısı kimi müəyyənləşdirdiyi strategiya özünü doğrultmayıb. Nazirin sözlərinə görə, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 5 ağırlıqqaldıranımızdan 4-ü ilk “onluğ”a düşməyi bacarsa da, medal qazana bilməyiblər. A.Rəhimov boks yığmamızda da islahatların aparılacağını açıqlayıb. 2004-cü il Afina Olimpiadası ilə müqayisədə boksda lisenziya və medal sayının azalması üçün heç bir ciddi əsasın olmadığını deyən nazir baş məşqçi Nəriman Abdullayevi də eyni aqibətin gözlədiyinə işarə vurub. A.Rəhimov, həmçinin atletika, avarçəkmə, velosiped idmanı, üzgüçülük və çimərlik voleybolunun inkişafı istiqamətində işlərin görüləcəyini açıqlayıb: “Bir neçə gündən sonra Tofiq Bəhramov adına Respublika stadionunun qaçış cığırını dəyişdirəcəyik. Qışda atletika ilə məşğul olmaq üçün Respublika Olimpiya Manejini əsaslı təmin etdirmişik. Ümid edirəm ki, 2012-ci il London Olimpiadasına qaçışla yanaşı, üç təkanla tullanmada da lisenziya qazanacağıq. Velosiped idmanını inkişaf etdirməyi də düşünürük. Bu məqsədlə velosiped məktəbinin açılması təklifi müzakirə olunacaq. Üzgüçülüyün inkişafı üçün müvafiq kompleks tikmək niyyətindəyik. Həmçinin Mingəçevirdəki su anbarında açıq dənizdə üzgüçülük üçün şəraitin yaradılması mümkündür. Çimərlik voleybolunu da inkişaf etdirmək üçün şəraitimiz var. Kanoeçimiz Valentin Demyanenkodan Londonda uğur gözləyirik. Bunun üçün Demyanenkonun hər cür imkanı var. Əgər o, Pekinə yollana bilsəydi, ən azı gümüş medal qazana bilərdi”.
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0