Azərbaycan güləşçiləri evlənirlər
04.09.2008 - 16:42
Bakı. Elşən Məmmədov - APA-Sport. Azərbaycan sərbəst güləş yığmasının rusiyalı legionerləri Xetaq Qazyumovla Novruz Temrezov subaylığın daşını atmaq qərarına gəliblər. “APA-Sport” agentliyinin məlumatına görə, hər iki pəhləvan bu ay evlənəcək. Onlar doğulduqları Şimali Osetiya və Qaraçay Çərkəz Respublikalarında özlərinə toy edəcəklər. Bu məqsədlə pəhləvanlar sabah ölkəmizi tərk edəcəklər.
Qeyd edək ki, X.Qazyumov Pekində başa çatan XXIX Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. N.Temrezov isə 7-ci yerlə kifayətlənib.
Qeyd edək ki, X.Qazyumov Pekində başa çatan XXIX Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. N.Temrezov isə 7-ci yerlə kifayətlənib.
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0