Pekində Azərbaycan bayrağı qaldırıldı
06.09.2008 - 10:34
Pekin. Elşən Məmmədov - APA-Sport. Bu gün Çinin paytaxtı Pekində XIII Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçiriləcək. “APA-Sport”un məlumatına görə, Bakı vaxtı ilə saat 17:00-da başlanacaq təntənəli mərasimə Azərbaycan nümayəndə heyəti də qatılacaq. Artıq nümayəndə heyətimizin qalacağı Olimpiya şəhərciyində ölkəmizin bayrağının qaldırılma mərasimi təşkil olunub. Yarışda çıxış edəcək 18 paralimpiyaçımızdan başqa, tədbirə Azərbaycanın Çin Xalq Respublikasındakı səfiri Yaşar Əliyev, “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin direktoru Sadıq Sadıqov, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Aydın Məmmədov və Azərbaycan Korlar Cəmiyyətinin sədri Səmyar Abdullayev qatılıblar. Pekin Paralimpiya Oyunlarında Azərbaycanın şef de-missionu Şaiq Həmidov çıxış edərək idmançılarımıza uğurlar arzulayıb. Sonra ölkəmizin üçrəngli bayrağı qaldırılıb.
Qeyd edək ki, idmançılarımız sentyabrın 7-dən mübarizəyə başlayacaqlar. Sabah döşək üzərinə çıxacaq Ramin İbrahimov (60 kq) və İlkin Alışov (66 (kq) məşqçilər heyətinin qərarı ilə açılış mərasimində iştirak etməyəcəklər.
Qeyd edək ki, idmançılarımız sentyabrın 7-dən mübarizəyə başlayacaqlar. Sabah döşək üzərinə çıxacaq Ramin İbrahimov (60 kq) və İlkin Alışov (66 (kq) məşqçilər heyətinin qərarı ilə açılış mərasimində iştirak etməyəcəklər.
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0