“Araz” elit klub oldu
13.09.2008 - 10:09
“Araz” elit klub oldu
Bakı. Aqşin Əliyev - APA-Sport. Bakıda keçirilən futzal üzrə UEFA Kubokunun 6-cı qrupunun oyunlarında ikinci tura yekun vurulub. “APA-Sport”un məlumatına görə, Azərbaycan çempionu “Araz” və Slovakiya təmsilçisi “Slov-Matik Fofo” ikinci qələbələrini qazanaraq, növbəti mərhələyə yüksəliblər. Futzalçılarımız Bolqarıstanın “Nadin” komandasına qalib gəliblər - 6:1. “Slov-Matik Fofo” isə “Şkövde”ni (İsveç) 7:1 hesabı ilə məğlub edib. Beləliklə, son turun nəticələrindən asılı olmayaraq, “Araz”ın elit mərhələdə oynayacağı müəyyənləşib. Reqlamentə əsasən, bu gün yarış iştirakçıları istirahət edirlər. Sabah 6-cı qrupun son turu çərçivəsində “Araz” “Slov-Matik Fofo”nu, “Şkövde” isə “Nadin”i sınağa çəkəcək.
Qeyd edək ki, Böyükağa Hacıyevin rəhbərlik etdiyi “Araz” komandası ilk görüşdə “Şkövde”ni böyük hesabla üstələmişdi (11:2).

Komandalar O Q H M T X
1. “Araz” 2 2 0 0 17-3 6
2. “Slov-Matik Fofo” 2 2 0 0 14-2 6
3. “Nadin” 2 0 0 2 2-13 0
4. “Şkövde” 2 0 0 2 3-18 0