Revanş baş tutdu
15.09.2008 - 11:04
Bakı. Aqşin Əliyev - APA-Sport. Futzal üzrə UEFA kubokunun əsas mərhələsinin 6-cı qrupunun oyunlarına yekun vurulub. “APA-Sport”un məlumatına görə, Bakı İdman Sarayında keçirilən yarışda “Araz” (Azərbaycan), “Şkövde” (İsveç), “Slov-Matik Fofo” (Slovakiya) və “Nadin” (Bolqarıstan) 2 vəsiqə uğrunda mübarizə aparıb. Bütün oyunlarda qələbə qazanan “Araz” maksimum nəticə ilə elit mərhələyə yüksəlib.
Üstəlik, Böyükağa Hacıyevin rəhbərlik etdiyi kollektiv “Slov-Matik Fofo”dan revanş çıxa bilib. Belə ki, ötən il paytaxtımızda təşkil olunmuş analoji yarışda “Araz” məhz bu komandaya uduzaraq (3:4), qrupda qalmışdı. Bu dəfə isə “Araz” rəqibinə 4:2 hesabı ilə qalib gəlib. Məğlubiyyətə baxmayaraq, “Slov-Matik Fofo” da növbəti mərhələyə vəsiqə qazanıb. Qrup mərhələsinin son turu çərçivəsində oynanılan “Nadin” - “Şkövde” matçı isə birincilərin qələbəsi ilə başa çatıb - 3:2.
Qeyd edək ki, elit mərhələdə 16 klub 4 qrupda yarışacaq. Qrup qalibləri 2009-cu ildə keçiriləcək “Dördlər finalı”nda iştirak hüququna yiyələnəcəklər.

| Komandalar | O | Q | H | M | T | X |
1 | ARAZ | 3 | 3 | 0 | 0 | 21-5 | 9 |
2 | SLOV-MAT.F. | 3 | 2 | 0 | 1 | 16-6 | 6 |
3 | NADİN | 3 | 1 | 0 | 2 | 5-15 | 3 |
4 | ŞKÖVDE | 3 | 0 | 0 | 3 | 5-21 | 0 |
- APA Jurnalist Məktəbi növbəti təlim kursuna start verib - FOTO
- Azərbaycan Badminton Federasiyası mükafata layiq görülüb
- Zaur Axundov Azərbaycan Velosiped Federasiyasının prezidenti seçilib
- Azərbaycan birinciliyində növbəti mükafatların sahibləri bəlli olub
- Bakı Marafonunda rekord iştirakçı: 27 min nəfər qeydiyyatdan keçib
0
0