Gözlənilən darmadağın
15.09.2008 - 11:25
Bakı. Mehman Süleymanov - APA-Sport. “Xəzər-Lənkəran” futbol klubu cari mövsümdə ilk böyük hesablı qələbəsini qazanıb. “APA-Sport”un məlumatına görə, türkiyəli mütəxəssis Rasim Karanın çalışdırdığı komanda 2-ci turdan təxirə salınan oyun çərçivəsində öz meydanında “Turan”ı əcnəbi hücumçularının vurduğu qollar sayəsində darmadağın edib. Bu həm də cari mövsümdə qeydə alınan ən böyük hesablı qələbə olub. Matçı stadiondan izləyənlər arasında klubun fəxri prezidenti Mübariz Mənsimov, AFFA-nın prezidenti Rövnəq Abdullayev və Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev olub. Mövsümlərarası fasilədə Özbəkistanın “Paxtakor” klubuna keçidi gündəmdə olan, sonradan isə geri qaytarılan braziliyalı Mario Souza və “Sivasspor”dan transfer edilən bolqarıstanlı İvan Svetkov “dubl” ediblər.
“Xəzər-Lənkəran” – “Turan” – 5:0
Mario Souza, 14-pen, 40, Romulo Silvano, 52, İvan Svetkov, 84, 87
Bombardirlər: Fərzad Hatəmi (“Qəbələ”), Rahid Əmirquliyev, Romulo Silvano (hər ikisi “Xəzər-Lənkəran”) – 3.
5-ci turun oyunları sentyabrın 20-21-də keçiriləcək:
“Olimpik” – “Xəzər-Lənkəran”, “Qəbələ” – “Qarabağ”, NBC – MOİK, “Standard” – “Bakılı”, “Bakı” – “Karvan”, “Simurq” – “İnter”, “Turan” – “Neftçi”
“Xəzər-Lənkəran” – “Turan” – 5:0
Mario Souza, 14-pen, 40, Romulo Silvano, 52, İvan Svetkov, 84, 87
| komandalar | o | q | h | m | t | x |
1 | Simurq | 4 | 3 | 1 | 0 | 6-2 | 10 |
2 | Bakı | 4 | 3 | 1 | 0 | 4-0 | 10 |
3 | Karvan | 4 | 3 | 0 | 1 | 6-2 | 9 |
4 | Xəzər-Lənkəran | 4 | 3 | 0 | 1 | 10-3 | 9 |
5 | Olimpik | 4 | 2 | 2 | 0 | 5-3 | 8 |
6 | Qəbələ | 4 | 2 | 1 | 1 | 8-3 | 7 |
7 | İnter | 4 | 1 | 3 | 0 | 5-2 | 6 |
8 | Standard | 4 | 2 | 0 | 2 | 4-7 | 6 |
9 | Neftçi | 4 | 1 | 1 | 2 | 1-2 | 4 |
10 | Qarabağ | 4 | 1 | 1 | 2 | 4-6 | 4 |
11 | MOİK | 4 | 1 | 0 | 3 | 2-5 | 3 |
12 | NBC | 4 | 1 | 0 | 3 | 4-8 | 3 |
13 | Bakılı | 4 | 0 | 0 | 4 | 3-9 | 0 |
14 | Turan | 4 | 0 | 0 | 4 | 1-11 | 0 |
Bombardirlər: Fərzad Hatəmi (“Qəbələ”), Rahid Əmirquliyev, Romulo Silvano (hər ikisi “Xəzər-Lənkəran”) – 3.
5-ci turun oyunları sentyabrın 20-21-də keçiriləcək:
“Olimpik” – “Xəzər-Lənkəran”, “Qəbələ” – “Qarabağ”, NBC – MOİK, “Standard” – “Bakılı”, “Bakı” – “Karvan”, “Simurq” – “İnter”, “Turan” – “Neftçi”
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0