Rəcəbov niyə məyusdur?
15.09.2008 - 11:43
Bakı. Kənan Həsənov - APA-Sport. “Mənim üçün turnir alınmadı. Bir səhv nəticəsində gələn məğlubiyyət növbəti oyunlarda da əhval-ruhiyyəmə təsir edir. Məndə məhz belə oldu”. “APA-Sport”un məlumatına görə, bu sözləri Azərbaycan şahmatçısı Teymur Rəcəbov söyləyib. İspaniyanın Bilbao şəhərində keçirilmiş “Böyük Dəbilqə” superturnirində çıxışını dəyərləndirən qrossmeyster səkkiz görüşdə yaxşı oynadığını bildirib: “Karlsenə məğlubiyyət mənə çox pis təsir etdi. Parlaq oynasam da, bir səhv hər şeyi korladı. İvançukla görüşdə də seytnotda uduzdum. Digər qarşılaşmalardan isə razıyam. Çünki onları yüksək səviyyədə keçirdim. Son oyunda Aronyana qalib gəlsəm də, turnir mənim üçün məyusluq notları altında keçdi”.
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0