Gerets ikibaşlı danışdı
15.09.2008 - 13:25
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “İngiltərənin dörd böyük klubu oyunçu seçimi ilə digərlərindən fərqlənir. Onların hər biri meydana buraxa biləcək iki eyni səviyyəli heyətə malikdir”. “APA-Sport”un məlumatına görə, bu sözləri “Qalatasaray”ın sabiq baş məşqçisi Erik Gerets deyib. Hazırda Fransanın “Marsel” klubuna rəhbərlik edən belçikalı mütəxəssis Çempionlar Liqasına (ÇL) qələbə ilə başlamaq niyyətində olduqlarını bildirib: “Qorxuram ki, yenə ötən mövsümkü ssenari təkrarlanıb, yarımfinalda 3 ingilis komandası mübarizə aparsın. Bunu heç istəmirəm, lakin rəqiblər arasında səviyyə fərqi ildən-ilə artır. İngiltərəlilər imkanlı olduğundan ən güclüləri almaqla gücünə güc qatırlar. Hər il Fransa çempionatının ən istedadlı oyunçuları da Premyer Liqaya üz tutur. Bütün bunlara baxmayaraq, çempionlar Liqasının ilk oyununda “Liverpul”u məğlub etməyə borcluyuq. Çünki iki səfər matçı ərəfəsində 3 xal qazanmaq lazımdır”.
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0