Azərbaycan Pekində 9-cu medalını qazandı
15.09.2008 - 16:58
Azərbaycan Pekində 9-cu medalını qazandı
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan yığması XIII Pekin Yay Paralimpiya Oyunlarında növbəti medalı qazanıb. “APA-Sport”un məlumatına görə, milli komandamıza sayca 9-cu mükafatı atlet Oluxan Musayev gətirib.

Nüvə itələmə yarışında çıxış edən 29 yaşlı idmançımız 13.49 metrlik nəticə göstərərək, qızıl medala layiq görülüb. O, ən yaxın rəqibi polşalı Kristof Smorçevskinin 1.54 metr qabaqlayıb. Bununla da, Musayev ölkəmizə ikinci qızıl medalı qazandırıb.

Eyni zamanda, yığmamız medal qazanan ölkələrin siyahısında 4 pillə irəliləyişə nail olub. Aktivində 2 qızıl, 3 gümüş və 3 bürünc medal olan Azərbaycan sözügedən cədvəldə 36-cı yeri tutur.

Sabah Azərbaycanın daha 5 idmançısı qüvvəsini sınayacaq. Fiziki qüsurlu idmançılar arasında təşkil olunan ən mötəbər yarışa sentyabrın 17-də yekun vurulacaq.