Cenifer Lopes triatlon turnirində - FOTOSESSİYA
16.09.2008 - 15:28
Bakı. Kənan Həsənov - APA-Sport. ABŞ-ın Los Anceles şəhərində təşkil olunan triatlon üzrə turnir böyük maraq doğurub. “APA-Sport”un məlumatına görə, buna yarış iştirakçıları arasında Cenifer Lopesin yer alması səbəb olub. Tanınmış müğənni və aktrisa bütün mərhələləri sonadək başa çatdırmağı bacarıb. Lopes qaydalara uyğun velosiped, üzgüçülük və atletika növündə gücünü sınayıb.
Bir müddət əvvəl ana olan Cenifer nəzərdə tutulan məsafəni 2 saat 23 dəqiqəyə qət edib. O, mükafatçılar sırasına düşməsə də, təşkilatçılar tərəfindən xüsusi medala layiq görülüb.
Qeyd edək ki, Lopesə yarış zamanı həyat yoldaşı, tanınmış müğənni Mark Entoni də azarkeşlik edib.

- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0