Azərbaycanın Pekin Paralimpiadasında 10-cu medalı
16.09.2008 - 17:06
Bakı. Aqşin Əliyev - APA-Sport. Çinin paytaxtı Pekində keçirilən XIII Yay Paralimpiya Oyunlarında Azərbaycan yığması daha bir medal qazanıb. “APA-Sport”un məlumatına görə, bu dəfə də milli komandamızdan atlet fərqlənib. Belə ki, 200 metrlik məsafəyə qaçışda Vüqar Mehdiyev bürünc mükafata sahib çıxıb.
26 yaşlı həmvətənimiz finiş xəttini 22 saniyəyə qət edib. O, Ceyson Smit (İrlandiya) və Aleksey Labzindən (Rusiya) geri qaldığı üçün 3-cü yerlə kifayətlənib.
Hazırda aktivində 2 qızıl, 3 gümüş, 5 bürünc olan Azərbaycan yığması medal qazanan ölkələrin siyahısında 37-ci sırada qərarlaşıb. Böyük ehtimalla, idmançılarımız sabah yekunlaşacaq yarışdan Vətənə elə bu nəticə ilə dönəcəklər.
Qeyd edək ki, Pekin Paralimpiadasına Azərbaycanın 18 idmançısı qatılıb. Çin paytaxtında əldə olunan nəticə rekord hesab edilir. Fiziki qüsurlu idmançılarımız indiyədək ən yüksək göstəriciyə 4 il öncə Afinada nail olublar. Həmin paralimpiadada 11 həmyerlimiz ümumilikdə, 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazanmışdı. Yığmamız isə medalların keyfiyyəti baxımından 136 kollektiv arasında 45-ci yeri tutmuşdu.

- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0