Çempionlar Liqası sensasiya ilə başladı
17.09.2008 - 10:20
Çempionlar Liqası sensasiya ilə başladı
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Çempionlar Liqasında qrup mərhələsinin oyunları start götürüb. “APA-Sport”un məlumatına görə, turnirin ilk oyun günü qonaqların üstünlüyü ilə yadda qalıb. Yalnız gecənin iki ən məhsuldar qarşılaşmasında meydan sahibləri - “Çelsi” və “Barselona” qalib gəlib. Öz meydanında uduzmayan daha bir komanda “Verder” olsa da, almaniyalılar üçün “Anartosis”lə heç-heçə məğlubiyyətə bərabərdir. Kiprlilər kimi, günün digər sensasiyasının müəllifi olan ÇFR də səfərdən xalla dönüb. Rumıniyalılar İtaliyada “Roma” üzərində əzmkar qələbə qazanıb.

A qrupu

“Çelsi” (İngiltərə) – “Bordo” (Fransa) - 4:0

Lempard, 14, Co Koul, 30, Maluda, 82, Anelka, 90+2.

“Roma” (İtaliya) – ÇFR (Rumıniya) - 1:2
Panuççu, 17 – Kulio, 27, 49.

B qrupu

“Panatinaikos” (Yunanıstan) – “İnter” (İtaliya) – 0:2

Mansini, 27, Adriano, 88.

“Verder” (Almaniya) – “Anortosis” (Kipr) – 0:0

C qrupu

“Bazel” (İsveçrə) – “Şaxtyor” (Ukrayna) – 1:2

Abraham, 90+3 – Fernandinyo, 26, Jadson. 45.

“Barselona” (İspaniya) – “Sportinq” (Portuqaliya) – 3:1
Markes, 21, Eto’O, 60-p. Xavi, 87 – Tonel, 72.

D qrupu

PSV (Hollandiya) – “Atletiko” (İspaniya) – 0:3

Aquero, 9, 36, Manişe, 54.

“Marsel” (Fransa) – “Liverpul” (İngiltərə) – 1:2
Kana, 23 – Cerrard, 26, 32.