Olimpiadada iştirak edən at sahibini ziyana salıb
24.09.2008 - 11:43
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Pekin Olimpiadasında iştirak edən atın orqanizmində qadağan olunmuş dərman preparatı tapılıb. “APA-Sport”un məlumatına görə, “Mifilus” adlı atın felbinak preparatından istifadə etdiyi təsdiqlənib. Ağrıkəsici keyfiyyətə malik bu dərman soyuqdəyməyə qarşı nəzərdə tutulub. Dopinq sayılmayan dərmanı yarışların gedişi zamanı qəbul etmək qadağandır. Belə ki, qaydalara əsasən xəstə at mübarizəyə qatıla bilməz. Dərman qəbul edən at isə bunu xəstəliyin qarşısını almaq üçün edibmiş.
“Mifilus”un bu əməli ABŞ komandasının cəzalanmağına səbəb olub. Komanda yarışlarında dördüncü olan yığma tutduğu yerdən məhrum olub. Atın sahibi Kortni Kinq “Mifilus”un necə dərman qəbul etdiyindən xəbərsiz olduğunu bildirib.

- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0