Tanınmış idmançı qarət olundu
24.09.2008 - 14:56
Bakı. Kənan Həsənov - APA-Sport. Argentinalı tennisçisi Gilyermo Kanas xoşagəlməz hadisə ilə üzləşib. “APA-Sport”un məlumatına görə, tanınmış idmançı evinin qarşısında basqına məruz qalıb.
İki silahlı şəxs Kanasa yaxınlaşaraq onu soyublar. Basqınçılar tennisçinin idman ləvazimatları olan çantasını, pul kisəsini, kredit kartlarını və qızıl boyunbağısını aparıblar.
Qeyd edək ki, Gilyermo “Devis kuboku”nda finala yüksələn Argentina yığmasının üzvüdür.

- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0