Hamı paytaxta, “Qəbələ” əyalətə!
25.09.2008 - 11:58
Bakı. Mehman Süleymanov - APA-Sport. Sabah keçiriləcək bir oyunla Azərbaycan Premyer Liqasında VI tura start veriləcək. “APA-Sport”un məlumatına görə, cari mövsümdə ilk dəfə turun matçları üç gündə keçiriləcək. Buna da səbəb üç oyunun “Şəfa” stadionunda baş tutmasıdır. Lənkəran şəhər stadionunun öt örtüyü yararsız hala düşdüyündən “Xəzər-Lənkəran” – MOİK görüşünün də bu arenada keçirilməsinə qərar verilib. Bununla da turun yeddi matçından altısı paytaxtda və yalnız biri əyalətdə keçiriləcək.
Yevlaxda baş tutacaq görüşdə lider “Karvan” arzuolunmaz rəqibi “Qəbələ” ilə üz-üzə gələcək. Məsələ ondadır ki, yevlaxlılar “Qəbələ”ni indiyədək yalnız bir dəfə səfərdə yenib və rəqibi ilə son üç oyunda qələbə üzünə həsrət qalıb. Ancaq digər tərəfdən, “Karvan” cari mövsümdə öz meydanında keçirdiyi hər üç görüşdə qələbə qazanıb. Deməli, bunun davamının gəlməsi “Qəbələ” ilə uğursuz seriyanın qırılması demək olacaq.
Sabiq lider “Simurq” isə tarixi ərzində “Qarabağ”a uduzmayıb. Bu tilsimi qırmaq məsuliyyəti əslən Zaqataladan olan Qurban Qurbanovun üzərinə düşür. “Qarabağ”ın 36 yaşlı baş məşqçisi üçün boya-başa çatdığı, futbolda ilk addımlarını atdığı rayonun təmsilçisi ilə görüş prinsipial əhəmiyyət kəsb etməlidir.
Arxada qalan 5 turda cəmi bir qələbəsi olan “Neftçi” isə milli çempionatlar tarixində ən uğursuz mövsümünü keçirir və turnir cədvəlində oyununa uyğun 10-cu yerdə qərarlaşıb. Almaniyalı Hans-Yurgen Gede baş məşqçisi olduğu dördqat ölkə çempionunu ilk dəfə ev oyununa çıxaracaq. Gede “Turan”ın ardınca debütant NBC-ni də yenə bilməyəcəyi halda, özünə qarşı təzyiqləri artırmış olacaq.
26 sentyabr
MOİK – “Xəzər-Lənkəran”
Baş hakim: Vüsal Əliyev
Bakı. “Şəfa” stadionu. Saat 17:00
27 sentyabr
“Neftçi” – NBC
Baş hakim: Anar Niyazov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 18:00
“Qarabağ” – “Simurq”
Baş hakim: Anar Salmanov
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Saat 16:30
“Olimpik” – “Standard”
Baş hakim: Hacıəli Ağayev
Bakı. “Şəfa” stadionu. Saat 16:30
28 sentyabr
“İnter” – “Turan”
Baş hakim: Rövşən Əhmədov
Bakı. “Şəfa” stadionu. Saat 19:00
“Karvan” – “Qəbələ”
Baş hakim: Babək Quliyev
Yevlax. Şəhər stadionu. Saat 16:30
“Bakılı” – “Bakı”
Baş hakim: Əfqan Həmzəyev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 17:00
Bombardirlər: Fərzad Hatəmi (“Qəbələ”), Rahid Əmirquliyev, Romulo Silvano, İvan Svetkov (hamısı “Xəzər-Lənkəran”) – 3.

| komandalar | o | q | h | m | t | x |
1 | Karvan | 5 | 4 | 0 | 1 | 9-2 | 12 |
2 | Xəzər-Lənkəran | 5 | 4 | 0 | 1 | 11-3 | 12 |
3 | Simurq | 5 | 3 | 1 | 1 | 6-4 | 10 |
4 | Bakı | 5 | 3 | 1 | 1 | 4-3 | 10 |
5 | İnter | 5 | 2 | 3 | 0 | 7-2 | 9 |
6 | Olimpik | 5 | 2 | 2 | 1 | 5-4 | 8 |
7 | Standard | 5 | 2 | 1 | 2 | 5-8 | 7 |
8 | Qarabağ | 5 | 2 | 1 | 2 | 6-7 | 7 |
9 | Qəbələ | 5 | 2 | 1 | 2 | 9-5 | 7 |
10 | Neftçi | 5 | 1 | 2 | 2 | 1-2 | 5 |
11 | MOİK | 4 | 1 | 0 | 3 | 2-5 | 3 |
12 | NBC | 4 | 1 | 0 | 3 | 4-8 | 3 |
13 | Bakılı | 5 | 0 | 1 | 4 | 4-10 | 1 |
14 | Turan | 5 | 0 | 1 | 4 | 1-11 | 1 |
Bombardirlər: Fərzad Hatəmi (“Qəbələ”), Rahid Əmirquliyev, Romulo Silvano, İvan Svetkov (hamısı “Xəzər-Lənkəran”) – 3.
0
0