İtaliyada dopinq qalmaqalı
25.09.2008 - 12:10
İtaliyada dopinq qalmaqalı
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. İtaliya velosiped idmanı dopinq “çirkab”ının içində batıb gedir. “APA-Sport”un məlumatına görə, “Amore E’Vita” klubunun prezidenti İvano Fannini yerli idmançıların uğurlarında qadağan olunmuş dərman preparatlarının rolu ilə bağlı faktları açıqlayıb. Fannini dopinqin təkcə nailiyyətlərə deyil, həm də faciəyə səbəb olduğunu əsaslandırıb: “Son 10 ildə 100-dən çox velosipedçi dopinqdən istifadəyə görə dünyasını dəyişib. Bu, yalnız az-çox tanınan və ölüm səbəbi dəqiq məlum olanların göstəricisidir. Onların hamısının faciəsi 20-35 yaş arasında olub. Bundan sonra adi vətəndaşlar övladlarını bu idman növünə necə buraxa bilər? Həqiqətləri dediyim üçün məni tənqid edənlər, hətta hədələyənlər də var. Məni bu idman növündən ömürlük uzaqlaşdırmaq da istəyirlər”.
0