Azərbaycanlı olimpiya çempionu ruslara dərs keçdi
26.09.2008 - 14:32
Bakı. Kənan Həsənov - APA-Sport. Rusiyanın Perm şəhərində qılıncoynadanlara nümunəvi çıxışlar təqdim olunub. “APA-Sport”un məlumatına görə, yeniyetmələr üçün nəzərdə tutulan tədbirdə olimpiya çempionları, həmyerlimiz İlqar Məmmədovla rusiyalı Stanislav Pozdnyakov iştirak edib.
Rapira üzrə ikiqat olimpiya çempionu olan Məmmədov iki saat davam edən nümunəvi çıxışlar zamanı qılıncoynadanlara bu növün incəliklərindən bəhs edib. Təcrübəli idmançının çıxışını 100-dən çox yeniyetmə izləyib.
Qeyd edək ki, Moskvada yaşayan və Rusiya vətəndaşlığını qəbul edən İlqar Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədovun oğludur.

- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
0
0