Heydər Əliyev Fondu paralimpiyaçılara təqaüd ayırıb
26.09.2008 - 14:33
Bakı. Laçın Sultanova-APA. Heydər Əliyev Fondu XI, XII və XIII Paralimpiya oyunlarının qaliblərinə təqaüdlər ayrılıb. APA-nın məlumatına görə, bu barədə paralimpiyaçıları qəbul edən Fondun prezidenti, millət vəkili Mehriban Əliyeva bildirib. M. Əliyeva bu il həm Olimpiada həm də Paralimpiadada iştirak edən Azərbaycan idmançılarının çox uğurla çıxış etdiklərini deyib və bildirib ki, qazanılan medallar Azərbaycan xalqına sevinc bəxş edib. Son illər Azərbaycanda idmanın inkişaf etdiyini söyləyən M. Əliyeva «Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır» deyib. Fond prezidenti Paralimpiya oyunlarının qaliblərinə mükafatlar təqdim edib. M. Əliyeva bildirib ki, onlar Fondun təqaüdçüləri kimi hər ay pul mükafatları alacaqlar.
İdman və gənclər naziri Azad Rəhimov Azərbaycanda iqtisadiyyat, təhsil, səhiyyə sahələri ilə yanaşı idman sahəsində də uğurlu islahatlar aparıldığını vurğulayıb. Nazir Azərbaycan tarixində ilk dəfə ikiqat Paralimpiya çempionu olmuş İlham Zəkiyevin yüksək nailiyyət əldə etdiyini qeyd edib. A. Rəhimov Azərbaycanın MDB məkanında Paralimpiya Kompleksi yaradan ilk ölkə olduğunu deyib.

- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0