“Fənərbaxça” prezidenti istefaya!
01.10.2008 - 01:10
Bakı - APA-Sport. “Fənərbaxça” klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsində uğursuz oyunu azarkeşlərin narazılığına səbəb olub. “APA-Sport”un məlumatına görə, fanatların narazılığı ikinci tur çərçivəsində “Şükrü Saracoğlu” stadionunda “Dinamo”ya qarşı keçirilən matçda daha qabarıq şəkildə özünü büruzə verib.
Belə ki, sevimli komandaları “Dinamo”ya qalib gələ bilmədiyindən (0:0) əsəblərini cilovlamağı bacarmayan “sarı-lacivərdli” azarkeşlər oyun başa çatandan dərhal sonra “Fənərbaxça”nın prezidenti Əziz Yıldırımı istefaya səsləyiblər. Bu şüar başqa bir fanat dəstəsinin xoşuna gəlməyib. Nəticədə tərəflər arasında qarşıdurma yaranıb. Yalnız polisin müdaxiləsindən sonra azarkeşləri sakitləşdirmək mümkün olub.
Qeyd edək ki, “Fənərbaxça” qrup mərhələsinin ilk turunda səfərdə “Portu”ya uduzmuşdu (1:3). “Dinamo” ilə heç-heçədən sonra aktivində bir xal olan İstanbul komandası hazırda qrupda axırıncı pillədə qərarlaşıb.

- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0