Heç-heçə “Fənərbaxça”ya 300 min avro qazandırdı
01.10.2008 - 02:36
Bakı - APA-Sport. “Fənərbaxça” Çempionlar Liqası qrup mərhələsinin ikinci turunda qələbə qazana bilməsə də, maddi cəhətdən irəli düşüb. “APA-Sport”un məlumatına görə, Kiyev “Dinamo”su ilə qolsuz bərabərlik “sarı-lacivərdlilər”ə 300 min avro qazandırıb.
Qaydalara əsasən, heç-heçə təqdirində komandalara UEFA tərəfindən 300 min avro pul verilir. “Fənərbaxça”nın ilk turda səfərdə “Portu”ya 1:3 hesablı məğlubiyyətini nəzərə alsaq, bu, İstanbul komandasının qrup mərhələsində ilk qazancı olub. Türkiyəlilər qrup mərhələsinə yüksəldikləri üçün əlavə 5,4 milyon avroya sahib çıxıb.

- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0