Azərbaycan avarçəkəni Ukraynada 9-cu yeri tutdu
02.10.2008 - 12:57
Bakı. Aqşin Əliyev - APA-Sport. Ukraynanın Donetsk vilayətinin Komsomolsk şəhərində yeniyetmələr arasında kayak və kanoe qayıqlarında avarçəkmə üzrə beynəlxalq turnir keçirilib. Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən “APA-Sport”a verilən məlumata görə, yarışda Ukraynanın müxtəlif bölgələrinin 20 komandası ilə yanaşı, Azərbaycan yığması da qüvvəsini sınayıb. Milli komandamızın heyətində 5 kayakçı və 2 kanoeçi yer alıb.
İlk dəfə qatıldıqları beynəlxalq turnirdə avarçəkənlərimizdən ən yaxşı nəticəni Rüfət Vəlizadə göstərib. O, 1993-94-cü il təvəllüdlü kayakçıların 500 metrlik məsafəyə yürüşündə finaladək irəliləyə bilib. Lakin həlledici mərhələdə rəqiblərindən geri qalan Vəlizadə 9 iştirakçı arasında sonuncu olub.
Digər idmançılarımız Elvin Cəfərov, Emin Cəfərov, Qulam Səlimov, Qalib İsmayılzadə, Xaqani Alməmmədli və Namiq Zöhrabov daha zəif çıxış ediblər. Ümumi hesabda kayak və kanoe üzrə yığmamız 72 xalla 21 komanda arasında 17-ci yeri tutub.

- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0