12 ölkənin cüdoçuları Bakıya gələcək
03.10.2008 - 16:54
Bakı. Aqşin Əliyev - APA-Sport. Oktyabrın 11-12-də Bakı İdman Sarayında keçiriləcək cüdo üzrə kişi və qadınlar arasında Dünya Kubokunda 13 ölkənin iştirakı dəqiqləşib. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən “APA-Sport”a verilən məlumata görə, turnirə yığmamızla yanaşı, Türkiyə, Hollandiya, Rusiya, Polşa, Kanada, Çexiya, Gürcüstan, İsveçrə, Ukrayna, Yunanıstan, Litva və Xorvatiya komandaları qatılacaqlar.
İştirakçıların sayının 15-i adlayacağı gözlənilir. Belə ki, Dünya Kubokuna sifariş ərizəsi vermək üçün ayrılan müddətin başa çatmasına hələ bir neçə gün qalıb. Paytaxtımıza Avropa Cüdo İttifaqının da rəsmiləri təşrif buyuracaqlar. Həmçinin, bu qurumun prezidenti Sergey Soloveyçikin də Bakıya səfəri nəzərdə tutulub.
Qarşıdakı yarışda Azərbaycan yığması bütün çəkilərdə 4 cüdoçu ilə təmsil olunacaq. Qaydalara əsasən, yalnız meydan sahiblərinə belə hüquq verilir. Milli komandamızın heyətində XXIX Pekin Yay Olimpiya Oyunlarında mübarizə aparmış 6 cüdoçudan cəmi 2-si - Elxan Məmmədovla Kifayət Qasımova tatami üzərinə çıxacaq. Olimpiya çempionu Elnur Məmmədli, Pekindən bürünc mükafatla dönmüş Mövlud Mirəliyev, eləcə də Ramil Qasımov və Mehman Əzizov müxtəlif səbəblərdən Dünya Kubokunu buraxacaqlar.

- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0