Elçin İsmayılov karyerasını bitirir
04.11.2008 - 18:00
Bakı. Aqşin Əliyev - APA-Sport. “Mən indiyədək dünya çempionatlarında fəxri kürsüyə yüksələ bilməmişəm. Gələn ilin payızında Hollandiyada keçiriləcək dünya birinciliyində qızıl medal qazandıqdan sonra idmanla vidalaşmaq niyyətindəyəm”. Bu sözləri “APA-Sport”a açıqlamasında Azərbaycanın ən güclü cüdoçularından biri Elçin İsmayılov deyib.
Üç dəfə böyüklər, iki dəfə isə gənclər arasında Avropa çempionu tituluna yiyələnmiş 26 yaşlı idmançı axır vaxtlar zəif təsir bağışlayır. O, Dünya Kuboku yarışlarında uğursuzluğa düçar olduğundan XXIX Pekin Yay Olimpiya Oyunlarından kənarda qalmışdı. Bu səbəbdən İsmayılov tezliklə peşəkar karyerasını başa vurmağı planlaşdırır: “Hazırda yüngül məşqlərlə kifayətlənirəm. Qəti qərarımı bir neçə aydan sonra verəcəyəm. Çox güman ki, dünya çempionatı idmançı kimi son yarışım olacaq. London Olimpiadasına isə yəqin ki, məşqçi qismində qatılacağam”.
Rusiyanın “Yavara-Neva” klubunun da şərəfini qoruyan təcrübəli cüdoçu ötən ay Estoniyada keçirilmiş Avropa çempionatında mübarizə aparmamasının da səbəblərini açıqlayıb: “Düzü, həmin yarışa hazır deyildim. İdeal fiziki formadan uzaq idim. Bundan başqa, ötən ay ailə həyatı qurduğum üçün çempionata yollana bilmədim”.
Qeyd edək ki, bu vaxta qədər 4 dəfə dünya çempionatında güləşən Elçin ən yaxşı halda, 5-ci yeri tutub.

- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0