Yığmamızı bolqarıstanlı baş məşqçi çalışdıracaq
05.11.2008 - 15:51
Bakı. Kənan Həsənov - APA-Sport. “Azərbaycan kimi ölkənin yığma komandasının baş məşqçisi olmaq böyük şərəf, eyni zamanda məsuliyyətdir. Mənə göstərilən etimadı doğrultmağa çalışacağam. Birinci işim həmrəy insanların - məşqçilər və gimnastların komandasını yaratmaq olacaq”. “APA-Sport”un məlumatına görə, bu haqda Azərbaycanın bədii gimnastika yığmasına baş məşqçi təyin olunan Mariana Vasileva söyləyib.
Bunadək ölkəmizin qrup hərəkətləri yığmasını çalışdıran bolqar mütəxəssis yerli məşqçilərlə işləyəcəyini bildirib: “Köməkçilərim yerli mütəxəssislər olacaq. Yığmanın məşqləri üçün Olimpiya İdman Kompleksində bir zal seçilib və orada federasiya tərəfindən hərtərəfli şərait yaradılıb. Bizə ancaq işləmək və bunu nəticələrimizlə sübut etmək qalır”.
Vasileva yığmaya ancaq yaxşı gimnastların cəlb olunacağını da vurğulayıb: “Ölkənin maraqları şəxsi maraqları üstələməlidir - mənim peşəkar kredom budur”.
Qeyd edək ki, Vasileva baş məşqçi postundan istefaya göndərilən Valentina Ukleinanı əvəzləyib.

- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0