Elçin Cəfərov: 2009-cu il güləşçilərimiz üçün çox məsuliyyətli olacaq
25.12.2008 - 14:08
“Güləş üzrə milli çempionatın təşkilati işləri, keçirilməsi yüksək səviyyədə idi. Çempionata əksər regionlardan 150-yə yaxın yunan-Roma güləşçisinin qatılması yarışı daha da maraqlı etdi”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, yunan-Roma güləşi yığmamızın sabiq baş məşqçisi Elçin Cəfərov deyib.
Yunan-Roma güləşçilərinin turnirində gözlənilməz nəticə ilə qarşılaşmadığını söyləyən Cəfərov 66 kq çəki dərəcəsində çıxış edən Hüsaməddin Rəcəbovun zədələnməsindən təəssüfləndiyini gizlətməyib: “Hüsaməddinin finalda ciddi zədələnməsi ağrılı hadisə kimi yadda qaldı. Buna baxmayaraq, Rəsul Cunayev, Elçin Əliyev, Elvin Mürsəliyev, Həsən Əliyev kimi perspektivli idmançıların çıxışlarını yaxşı qiymətləndirirəm. Onlar uğurlu nəticə ilə yığmadakı yerlərini qorudular”.
Vitse-prezident vurğulayıb ki, 2009-cu il pəhləvanlarımız üçün çox məsuliyyətli olacaq: “Çünki güləşçilər növbəti ildə Dünya Kuboku, Avropa çempionatı, eləcə də Qran-Pri turnirlərində ölkəmizin şərəfini qoruyacaqlar”.

- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
0
0