Cüdo çempionatının qalibləri
25.12.2008 - 23:45
Bu gün Bakı İdman Sarayında cüdo üzrə XXXVI Azərbaycan çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, yarışa Bakının idman klubları və cəmiyyətlərindən, habelə müxtəlif bölgələrdən 300-dən çox idmançı qatılıb.
Çempionatın ilk günündə qadınlarda bütün, kişilərdə isə iki çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib. Beləliklə, xanım cüdoçularımızdan Ayşə Qurbanlı (48 kq), Turanə Seyidi (52 kq), Şahanə Alməmmədova (57 kq), Ramilə Usubova (63 kq), Rəqiyyə Qarayeva (70 kq) və Şəms Əhmədova (+78 kq) qızıl medallara layiq görülüblər.
Kişilərin turnirində Samir Dadaşzadə (60 kq) və Tərlan Kərimov (66 kq) çempion tituluna yiyələniblər. Xüsusilə, Tərlan milli komandamızın üzvü, Pekin Olimpiadasının iştirakçısı Ramil Qasımovun zədə ucbatından yarışa qatılmamasından məharətlə yararlanıb. Ramildən başqa, yığmanın digər cüdoçuları Elnur Məmmədli, Mövlud Mirəliyev, Mehman Əzizov və Kifayət Qasımova da budəfəki çempionatda güləşmirlər.
Sabah yalnız kişilər qüvvələrini sınayacaqlar. 73, 81, 90, 100 və 100 kq-dan artıq çəki dərəcələrində qaliblər bilindikdən sonra çempionata yekun vurulacaq.

- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub
- “Pool Nine Ball” üzrə Bakı şəhər çempionatı keçiriləcək
- Yevlax Olimpiya İdman Kompleksinə media-tur təşkil olunub
- İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub - YENİLƏNİB
0
0