İradə Aşumovanın oğlu beynəlxalq turnirin qalibi oldu
26.12.2008 - 14:22
İradə Aşumovanın oğlu beynəlxalq turnirin qalibi oldu
Gürcüstanın paytaxtı Tiflisdə təşkil olunan güllə atıcılığı üzrə beynəlxalq turnir başa çatıb. Apasport.az saytının məlumatına görə, yarış Azərbaycan idmançıları üçün uğurlu alınıb. Turnirə qatılan 4 təmsilçimizdən 3-ü medal qazanıb.

Öncə Afina Olimpiadasının bürünc medalçısı İradə Aşumova gümüş medala layiq görülüb. Ardından Aşumovanın oğlu Ruslan Lunyov bacarığını nümayiş etdirib. Böyüklər arasında yarışan 19 yaşlı idmançı 669,5 xal toplayaraq, birinci yeri tutub.

Yeniyetmə atıcılarımızdan yalnız Məmmədəli Abdullayev fərqlənib. O, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Altıncı yeri tutan Camal Novruzzadə isə mükafatçılar sırasından kənarda qalıb.
0