Hər 3 şahmatçımız heç-heçə oynadı
26.12.2008 - 22:48
Hər 3 şahmatçımız heç-heçə oynadı
Rusiyanın Elista şəhərində keçirilən şahmat üzrə Qran-Pridə bu gün XI turun oyunları gerçəkləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının üzvləri Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Vüqar Həşimov heç-heçə oynayıblar.

Belə ki, həmyerlilərimiz müvafiq olaraq, çinli Yu Vanq, yerli şahmatçılar Yevgeni Alekseyev və Dmitri Yakovenko ilə xalları bölüblər. Bu nəticələrdən sonra Rəcəbov (7 xal) əvvəlki kimi, daha iki şahmatçı ilə birgə 1-3-cü pillələri bölüşdürür. Ondan yarım xal geri qalan Həşimov 4-cü sıradadır. Məmmədyarov isə 5,5 xalla 5-9-cu yerləri tutur.
0